“Azneft” İstehsalat Birliyində 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıq dövrünün başa çatması ilə əlaqədar geniş tərkibdə müşavirə keçirilmişdir.
Birliyin Baş mühəndisi-Baş direktorun birinci müavini Balamirzə Ağarəhimovun rəhbərliyi ilə keçirilmiş müşavirədə struktur təşkilatlarda istehsalat və sosial obyektlərin hazırlığının başa çatdırılması, fasiləsiz və ahəngdar iş rejiminin təmin edilməsi ilə əlaqədar müzakirələr aparılmışdır.
Sonda Birliyinin idarə və müəssisələrinin rəhbər işçilərinə payız-qış mövsümünə hazırlıq dövründə iş səviyyəsinin yüksəldilməsi üçün tövsiyyələr verilmiş və bir sıra qərarlar qəbul edilmişdir.