Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji səmərəliliyi sahəsində layihələrin maliyyələşdirilməsi üçün “Muğanbank” ASC-yə 3 milyon dollar dəyərində kredit ayırıb. Bu barədə Trend AYİB-in rəsmi saytına istinadən məlumat verir.
Məlumata görə, kredit vəsaiti “Enerji səmərəliliyi” proqramı çərçivəsində verilib: “Kredit vəsaiti sənaye və yaşayış sektorlarında enerji səmərəliliyi sahəsində innovasiyaların dəstəklənməsi üçün özəl sektorun, bərpa olunan enerji mənbələri sahəsində isə layihələrin maliyyələşdirilməsinə ayrılacaq”.
Bununla da “Muğanbank” qeyd edilən sahədə AYİB-in Azərbaycanda üçüncü tərəfdaşı olub.