Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyə iqtisadiyyatının artımına yardım edəcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “TRT Haber” telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, TANAP layihəsi Türkiyə üçün çox vacb və strateji layihədir: “Bu layihə ölkədə qaz çatışmazlığı probleminin həllinə də yardım edəcək”.