SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti yeraltı qaz anbarı (YQA) kimi istifadə edilən “Qaradağ” yatağında yeni quyunun qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
482 nömrəli quyunun layihə dərinliyi 3350 metrdir. İstifadəyə veriləndən sonra quyuya sutkalıq 80 min kubmetr qaz vurulacaq.
Quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə qazılır. Azərbaycanda 2 yeraltı qaz anbarı var. Bunlar “Qalmaz” və “Qaradağ” qaz anbarlarıdır. “Qalmaz” yeraltı qaz anbarı
* Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. “Qaradağ” YQA Bakıdan 25 kilometr cənub-şərqdə yerləşir və 1954-cü ildə istismara verilib.