Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə 48-ci Montrö Caz Festivalının 5 rəsmi sponsorundan biri olmuşdur.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Festival beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuş, misilsiz tamaşaçı rəğbəti qazanmış və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində görkəmli musiqi xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir.