Cümə axşamı, Mart 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR-ın neft dağılmalarının xəbərdarlığı və ləğvi planı” təsdiq olunub

04/09/2014
4
BAXIŞ
Share on FacebookShare on Twitter

oil_spill_china“SOCAR-ın neft dağılmalarının xəbərdarlığı və ləğvi planı” təsdiq olunub. Bu barədə Dövlət Neft Şirkətinin rəsmi saytında məlumat verilir.

Neftin hasilatı, nəqli, saxlanılması, emalı və satışı zamanı neft dağılmalarının qarşısını almaq və bu hallarla mübarizə aparmaq SOCAR-ın prioritet vəzifələrindəndir.

2013-cü ildə şirkətin Fövqəladə Hallar Komissiyasının nəzdində “Neft və neft məhsullarının dağılmalarının xəbərdarlığı və ləğvi əməliyyatlarının idarə olunması” üzrə işçi qrupu yaradılmış, Ekologiya İdarəsi tərəfindən respublikamızın dəniz və quru ərazilərində işləyən bütün struktur bölmələrin fəaliyyət sahələrini əhatə edən “SOCAR-ın neft dağılmalarının xəbərdarlığı və ləğvi planı” (NDXLP) hazırlanmışdı.

Planın hazırlanması zamanı mövcud qanunvericilik, habelə SOCAR-ın struktur bölmələrinin “Fövqəladə hallara hazırlıq planı”, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış “Dənizdə neft dağılmalarının xəbərdarlığı və ləğvi Milli Planı” layihəsinin tələbləri əsas götürülüb, aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb, rəy və qeydlər nəzərə alınıb.

FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, BP neft şirkəti və digər təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarda NDXLP-nin layihəsinin təqdimatı keçirilib və Plan müsbət qiymətləndirilib. ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi arasında əməkdaşlıq çərçivəsində cəlb olunmuş neft dağılmalarına qarşı cavab tədbirləri üzrə beynəlxalq məsləhətçi-ekspert tərəfindən plana müsbət rəy verilib. SOCAR prezidentinin müvafiq əmri ilə NDXLP təsdiq edilib.

Yaxın zamanlarda, NDXLP-nın tələblərinə uyğun olaraq, SOCAR-ın neft dağılması ehtimalı yüksək olan obyektlərində (qurğular, boru kəmərləri, çənlər və s.) texniki vəziyyətin və neft dağılmalarına qarşı cavab tədbirləri üzrə mövcud imkanların qiymətləndirilməsi aparılacaq. Planın icra mexanizmlərinin müəyyənləşdirilməsi, neft dağılmalarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi, dağılma baş verdiyi halda nəticələrinin aradan qaldırılması və ekoloji bərpa işlərinin aparılması üçün konkret fəaliyyət tədbirləri hazırlanacaq.

Plan çərçivəsində kosmik monitorinq sisteminin təşkil olunması da planlaşdırılır. Neft dağılmalarına qarşı hazırlığın yüksəldilməsi, mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün müvafiq təlim kurslarının, seminarların, təlim-məşqlərin keçirilməsi nəzərdə tutulub. Planın yerinə yetirilməsi istiqamətində FHN, ETSN, BP neft şirkəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərkosmos” ASC və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.