Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) gələn il Rumıniyada SOCAR brendi altında daha 10 yanacaqdoldurma məntəqəsini (YDM) istismara verməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Rumıniya KİV SOCAR-ın bu ölkədəki nümayəndəliyinin rəhbəri Həmzə Kərimova istinadən xəbər verir.
Onun sözlərinə görə, bu ilin sonunadək Rumıniyanın Sibiu və Bistritsa şəhələrində SOCAR brendi altında iki YDM-in istismara verilməsi planlaşdırılır.
Hazırda Rumıniyada SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 30-a çatıb.