İstanbulun “Qalatasaray” klubu yeni sponsorlarla razılığa gəlib. Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray”ın yeni iki sponsorundan biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətdir (SOCAR).
“Cim-Bom” Türkiyə superliqası və Çempionlar Liqası üçün iki sponsorla razılaşıb. “Qalatasaray”ın formasının üzərində Türkiyə superliqasında SOCAR-ın, Çempionlar Liqasında rus bankı “Sberbank”ın adı yazılacaq.
Qeyd edək ki, bir müddət əvvəl də SOCAR-ın “Qalatasaray”a sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayılsa da şirkət rəsmiləri bunu təkzib etmişdi.
Klub prezidenti Ünal Aysal dünən sponsorları açıqlayacağını demişdi. Bu gün bu barədə məlumatı Türkiyənin “Milliyet” qəzeti yayıb.