BBC xəbər verir ki, Braziliyanın “Petrobras” neft şirkətiin keçmiş rəhbəri Paulo Roberto Kosta 40-dan artıq siyasətçini korrupsiyada ittiham edib.
Həbsxanada olan Kosta korrupsiyaya bulaşmış nazir,qubernator və konqressmənlərin adını açıqlayıb.
Braziliyanən “Veja” jurnalı korrupsiyada ittiham edilən şəxslərin adını açıqlayıb. Bəzi siyasətçilər ittihamları rədd ediblər. Kosta 2013-cü ildə həbs edilib və həbs edilməzdən əvvəl o istintaq ilə sövdələşməyə gedib.
*Petrobras – Braziliyanın ən böyük neft şirkətidir. Petrobrasın idarəçiliyi altında 100-dən artıq hasilat platforması,16 NEZ,6 mindən çox YDM və 30 min km uzunluğunda boru kəmərləri var. Şirkətin sübüt edilmiş neft ehtiyatları 14 milyard barel təşkil edir.