Neftin dünya qiymətlərinin qısamüddətli azalmasının SOCAR-nin gəlirlərinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) illik göstəricilərinə təsiri barədə danışmaq olmaz.
Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev neftin qiymətlərinin azalması və bu prosesin şirkətin gəlirlərinə təsiri məsələsini şərh edərkən deyib.
Abdullayev qeyd edib ki, vəziyyət normaldır və bu proseslər həmişə proqnozlarda nəzərə alınır.
Qeyd edək ki, ötən həftə London birjasında Brent markalı neftin bir barelinin qiyməti 97 dollaradək aşağı düşüb. Dünya bazarında artıq ardıcıl olaraq 3 aydır ki, neftin qiyməti azalır.
Ekspertlərin fikrincə, bir-iki aydan sonra dünya bazarında neftin bir barelinin qiyməti 85 dollaradək enə bilər.
Ötən həftə Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 99,04 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 3,27 dollar/barel azdır.
Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 95,51 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 3,55 dollar/barel azdır.