M.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının kimya fakultəsinin 22 tələbəsi Heydər Əliyev adına Bakı neft emalı zavodunda istehsalat təcrübəsində olmuşlar.
SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, tələbələr təhlükəsizlik texnikası qaydaları haqda təlimatlandırıldıqdan sonra professor Boqdan Lazoryak və zavodun təcrübə rəhbərləri ilə birgə müəssisənin əsas texnoloji qurğularına baş çəkmiş, istehsalat prosesləri ilə yaxından tanış olmuş, avtomatik idarəetmə sistemi və avadanlıqların iş prinsipləri haqda məlumatlar almışlar.
Müəllim və mütəxəssislərin iştirakı ilə tələbələrin istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş təqdimat keçirilmişdir. İstehsalat təcrübəsinin yekunlarına dair məruzələr dinlənilmiş, tələbələr onlara verilən sualları cavablandırmışlar.
Müəllim və tələbələr istehsalat təcrübəsinin keçirilməsi üçün yaradılmış şəraitə görə zavod rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.