“Qruzstat”-ın hesabatında bildirilir ki,2014-cü ilin yanvar-avqustunda Gürcüstan Azərbaycandan $176,72 milyon məbləğində 858.52 min ton neft ekvivalentində təbii qaz idxal edib.
Hesabata görə,ümumilikdə ilin əvvəlindən Gürcüstan $ 212,8 milyon məbləğində təbii qaz idxal edib. İdxal edilən qazın qalan hissəsi Rusiya və digər mənbələrin payına düşüb.
Gürcüstanın Azərbaycandan idxalının həcmi dəyər baxımından 18.2% artıb. (miqdar daşınması baxımından 14,7% artıb).
2014-cü ilin yanvar-avqustunda Gürcüstan Azərbaycandan $396,58 milyon dollarlıq mallar idxal edib.