Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2014-cü ilin yanvar-avqustunda Azərbaycanda neft hasilatı 28.6 milyon ton təşkil edib ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 1.7% azdır.
2014-cü ilin hesabat dövründə Azərbaycanda əmtəəlik qaz hasilatı 12.3 milyard kub metr təşkil edib. Qaz hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 5.1% artıb.
SOCAR-ın proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda ümumi neft hasilatı 41.2 milyon ton, əmtəlik qaz hasilatı isə 18 milyard kub metr səviyyəsində gözlənilir.