Türkiyənin dövlət bankı olan Vakıfbankla özəl kreditor olan “Türkiyə İş bankası” dünən Ankarada Türkiyənin dövlət neft şirkəti TPAO-nun “Şahdəniz” layihəsində Total şirkətindən $1 milyard dəyərində olan payının almasını maliyyələşdirmək üçün müqavilə imzalayıblar.
Qeyd edək ki, 2014-cü ilin mayında TPAO şirkəti Total-ın Şahdəniz layihəsində olan 10% payının $1.5 milyarda alınması barədə saziş imzalamışdılar. Sövdələşmə başa çatdıqdan sonra TPAO şirkətinin payı 19% çatacağı halda, Total şirkəti layihəni tamamilə tərk edəcək.
İmzalanma mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki,”Şahdəniz” layihəsində TPAO şirkətinin gəliri keçən il $265 milyon olub: “2014-2015-ci illərdə bu məbləğin layihələrdə iştirak payının artırılması sayəsində 2 dəfə çoxalacağınaı planlaşdırırıq”.