Şənbə, Noyabr 8, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Yay məktəbi” layihəsi çərçivəsində velosiped yarışı

13/08/2014
18
BAXIŞ
Share on FacebookShare on Twitter

velo1

Avqustun 10-da “SOCARYayMəktəbi-2014” layihəsi çərçivəsində ilkdəfə olaraqvelosipedyarışı təşkiledilmişdir.

Gənclər Azərbaycan Velosiped İdmanı Federasyası ilə birlikdə veloparkda keçirilən yarışda aktiv iştirak etmişlər. Reqlamentə görə, 7 komandanin hər birindən 2 iştirakçı seçilərək mübarizəyə qoşulmuşdur. Estafeti birinci olaraq 4 dəqiqə, 27 saniyə nəticə ilə Süleyman Sadıqov və Mahir Həşimovdan ibarət duet qət etmişdir.

“Yarışın qaliblərinə hədiyyələr verilmişdir. İştirakçılar maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yüksək səviyyədə təşkil olunmasından razı qalmışlar”, – SOCAR mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, “SOCAR Yay Məktəbi-2014” layihəsi uğurla davam etməkdədir. Avqustun 7-də, yay məktəbinin 4-cü günündə ARDNŞ-nin Emal kompleksi üzrə texnoloji araşdırmalar şöbəsinin əməkdaşı Nizami Babayev “Neft-qaz emalı” mövzusunda təqdimat keçirmiş, Heydər Əliyev adına Bakı Neft Emalı və “Azərneftyağ” Neft Emalı zavodları, habelə Qaz Emalı Zavodu haqqında, eləcə də neftin fiziki xassələri, keyfiyyət göstəriciləri, fraksiya tərkibi və digər məsələlər barədə ətraflı məlumat vermişdir.

“Azərikimya” İstehsalat Birliyinin şöbə rəisi Rza Rzayev “Neft-kimya sənayesinə giriş” mövzusunda etdiyi təqdimatda Azərbaycanda kimya və neft-kimya istehsalı, Birliyin strukturu və fəaliyyət istiqamətləri barədə söz açmışdır.

Təqdimatlardan sonra iştirakçılar üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna ekskursiya təşkil olunmuş, burada ”Yay Məktəbi” iştirakçılarına zavodun qurğuları, istehsalat prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verilmişdir. Günün axşam qonağı Dövlət Neft Şirkətinin Emal üzrə vitse-prezidenti David Məmmədov ”Yay Məktəbi” dövründə iştirakçılara uğurlar arzulamış, neftin və qazın emalı, Azərbaycanda neft məhsullarına olan daxili tələbatın ödənilməsi üçün həyata keçirilən işlər, o cümlədən mövcud müəssisələrin rekonstruksiyası, ölkədə və xaricdə yeni emal müəssisələrinin yaradılması və digər işlər barədə ətraflı məlumat verərək, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. David Məmmədov son 20 ildə neft-qaz sənayesinin inkişafından söz açmış, bu sahədə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır.

velo2“SOCAR Yay məktəbi”nin 5-ci günü ekologiya mövzusuna həsr olunmuşdur. ARDNŞ-nin Xarici təqaüd proqramının məzunu Mehman Nəcəfli və Ekologiya İdarəsinin əməkdaşı Rakif Qafarov “ARDNŞ-nin ekoloji layihələri” mövzusunda təqdimatlarla çıxış etmişlər. Təqdimatlarda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi üçün ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi hesabatının tərkib hissələri, eləcə də neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılmaların azaldılması və “Eko-Park” layihəsi barədə ətraflı məlumat verilmişdir. İDEA İctimai Birliyinin Layihələr üzrə koordinatoru Surxay Novruzov “İDEA-nın fəailiyyəti və layihələri” və “Təmiz şəhər” ASC-nin sektor müdiri Faiq Məmmədov “Bakı şəhərinin məişət tullantılarının utilizasiyası” mövzularında çıxışlar etmiş, “Təmiz şəhər” ASC və İDEA-nın həyata keçirdiyi beynəlxalq və yerli layihələr, xüsusi mühafizə proqramları, “Ağacların kəsilməsinə yox!” və başqa layihələrdən söz açmış, Bakı şəhərində bərk məişət tullantılarının idarə olunması, Balaxanı Sənaye Parkının fəaliyyəti, bu sektorda investorlara yaradılmış şərait barədə ətraflı məlumat vermişlər. Təqdmatçılar iştirakçıları maraqlandıran sualları cavablandırmışlar. Həmin gün iştirakçıların “Ekoloji park”a ekskursiyası təşkil edilmişdir. Günün axşam qonağı olan Ekologiya İdarəsinin rəisi Azər Əliyev ARDNŞ-nin ekoloji siyasətindən danışmış, bərpa olunan enerji, Bakı buxtasının təmizlənməsi və s. layihələr haqqında məlumat vermişdir.

Avqustun 9-da “Neft və qaz məhsullarının satışı və nəqli” mövzusunda məşğələlər keçirilmişdir. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin İxrac əməliyyatları departamentinin ekspertləri Fuad Kərimov, Polad Əliyev və Aslan Məhərrəmli “Neftlə bağlı əməliyyatlara giriş”, ”Neftin marketinqi və satışı” və ”Neft məhsullarının marketinqi və satışı” mövzularında təqdimatlar keçirmiş, iştirakçıları maraqlandıran suallar ətrafında diskusiya aparılmışdır. Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin baş direktorunun müavini Emil Alxaslı, Kompleksin əməkdaşları Fuad Quluzadə və İslam Xəlilov tərəfindən “Neft-qaz emalı və neft-kimya kompleksi” mövzusunda keçirilmiş təqdimatlar iştirakçıların böyük marağına səbəb olmuşdur. Günün axşam qonağı ARDNŞ-nin Qaz İxrac İdarəsinin rəis müavini Kamal Abbasov və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini Nuru Quliyev olmuşlar. Onlar şirkətin iqtisadi sahədə fəaliyyətindən danışmış, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

yay_mekYay məktəbinin 7-ci günü ARDNŞ-nin həyata keçirdiyi yeni layihələrə həsr olunmuşdur. Şirkətin xarici təqaüd proqramının məzunları Baba Mahmudov və Vidadi Hacıəliyev “ARDNŞ-in strateji layihələri” mövzusunda təqdimatlar etmişlər. “Azərbaycan Cənubi Qafqaz Boru Kəməri“ MMC-nin marketinq üzrə eksperti Anar Hacıyev və “SOCAR Polymer” MMC-nin maliyyə təhlilçisi Hüseyn Ağayev “Şahdəniz layihəsi” mövzusunda, Qaz İxrac İdarəsi Marketinq şöbəsinin rəisi Sərxan Əliyev və həmin şöbənin eksperti Kənan Məmmədli “Azərbaycanın qaz ixrac strategiyası və perspektivləri“ mövzularında çıxışlar etmişlər. Təqdimatçılar qaz ixracının tarixi, qaz ixrac strategiyasının formalaşması və bu istiqamətdə həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişlər.

Daha sonra dinləyicilər üçün “Breyn-ring” intellektual oyun təşkil edilmişdir.

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.