Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin yanvar-iyul aylarında 4,4 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 4,18 milyard kubmetr olmuşdu. Bu haqda SOCAR-ın rəsmi saytında məlumat verilir.
SOCAR-ın qaz hasilatına onun öz yataqlarından hasil etdiyi mavi yanacaq, həmçinin xarici tərəfdaşları ilə Azərbaycanın ququda və dənizdəki yataqlarından Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində hasil etdiyi qaz (öz payına daxil olan) daxildir.
Qeyd edək ki, 2013-cü ildə SOCAR 7,31 milyard kubmetr əmtəəlik qaz hasil etmişdi. 2012-ci ildə isə bu göstərici 7,46 milyard kubmetr olmuşdu.