Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağında 1211 nömrəli quyuda qazma işlərinə başlamışdır.“Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1088 metrdir. Bu, bütün müasir texnika və texnologiyalardan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur.
SOCAR-ın mətbuat xidmətinin verdiyi xəbərə görə, geoloqların ilkin hesablamaları göstərib ki, quyudan sutkada 10 ton neft hasil olunacaq.