Bazar ertəsi, İyun 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan və İran neftçiləri arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb

22/08/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

iran1Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPKO) rəhbərliyinin dəvəti ilə bu il avqustun 18-dən 20-dək İran İslam Respublikasında səfərdə olmuşdur.

SOCAR-ın yayadığı məlumatda bildirilir ki, Azərbaycan neftçiləri İranın Neft Nazirliyində, bu ölkənin neft və qaz şirkətlərində görüşlər keçirmişlər.

Akademik X.Yusifzadənin İranın neft nazirinin birinci müavini, İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi, İranın neft nazirinin beynəlxalq məsələlər və ticarət üzrə müavini Əli Məcidi və İran Milli Qaz Şirkəti baş direktorunun beynəlxalq məsələlər üzrə müavini, şirkətin qaz ixracı üzrə idarə heyətinin sədri Əzizulla Ramazani ilə görüşlərində neft və qaz sahəsində Azərbaycan – İran əməkdaşlığının vəziyyəti və perspektivləri, tərəflərin neft və qaz hasilatı, nəqli və ixracı sahəsində imkanları iki ölkə arasında mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi olmuşdur.

iran2İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətində keçirilən görüşdə şirkətin baş direktoru Əli Osuli akademik X.Yusifzadəni və nümayəndə heyətinin üzvlərini – SOCAR Baş ofisin Qazma şöbəsinin rəisi Farhad Ağamoğlanovu, Qaz İxrac İdarəsi rəisinin markentinq üzrə müavini Kamal Abbasovu, Geofizika və Geologiya İdarəsinin rəis müavini Yusif Şıxəliyevi, Baş ofisin Geodeziya və hidroqrafiya şöbəsinin böyük geodezisti Vadim Abramenkonu, eləcə də Dövlət Neft Şirkətinin İran nümayəndəliyinin rəhbəri Oqtay Sadıqzadəni KEPKO-nun tarixi və beynəlxalq əlaqələri ilə taniş etmişdir.

O, rəhbərlik etdiyi şirkətin SOCAR ilə Xəzərdə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Tərəflər Xəzərdə və beynəlxalq neft-qaz layihələrində Azərbaycan – İran əməkdaşlığının ölkələrimizin mənafeyi naminə daha da genişlənməsinin əhəmiyətini vurğulamışlar.

SOCAR-ın nümayəndə heyəti Tehranda elmi-tədqiqat neft sənayesi institutuna da dəvət edilmiş, burada iranlı alimlərin neft-qaz və nanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olmuşdur.

Azərbaycan neftçilərinin iranlı həmkarları ilə səmimilik və işgüzarlıq şəraitində keçən görüş və danışıqlarının sonunda qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.