“Socar Turkey LNG” şirkəti Türkiyənin Bursa və Dənizli vilayətlərində mayeləşmiş təbii qaz satmaq üçün lisenziya alıb. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) saytında məlumat verilir.
Məlumata görə SOCAR ümumilikdə Türkiyənin 6 regoinunda mayeləşmiş təbii qaz satmaq lisenziyası alıb. SOCAR ölkənin digər regionlarında qaz satmaq üçün daha 2 lisenziya almaq niyyətindədir.