SOCAR (AzərbaycanRespublikası DövlətNeft Şirkəti) 2014-cü ilinIyarısındaNovorossiysklimanındanBakı-Novorossiyskneftkəməriilə ixracedilmiş 508,222 mintonneftyolasalıb. Bu haqda SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 38,5% azalıb.
Azalmanın obyektiv səbəbləri var, belə ki, “şimal” marşrutu ilə əsasən SOCAR-ın neft həcmləri ixrac edilir. Cari ildə isə xam neftin emala verilmə həcmləri plana əsasən artırılıb. Ona görə də Bakı-Novorossiyk neft kəməri ilə ixrac azalır.
SOCAR bildirib ki, 2014-cü ilin iyun ayında Novorossiysk limanından 84,577 min ton Azərbaycan nefti yola salıb. Ümumiyyətlə isə, Azərbaycan 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,02 mln ton neft göndərməyi (aylıq 85 min ton) planlaşdırır.










