Neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) inşa ediləcəyi ərazidən keçən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin köçürülməsi işləri artıq may ayında sona çatdırılıb. Görülən işlər çərçivəsində OGPC -nın tikinti sahəsinə düşən Qaradağ Qaz İstismar Sahəsinə məxsus 1 ədəd 150 mm-lik orta təzyiqli qaz kəmərinin köçürülməsi məqsədilə yeni qaz kəməri çəkilib.
Hazırda digər hakimiyyət orqanları müfaviq infrastruktur xətlərinin köcrülməsi işləri davam edir.
Qeyd edək ki, SOCAR-ın strateji inkişaf üzrə vitse prezidenti Tofiq Qəhrəmanov bildirmişdi ki, 2015-ci ildə şirkət OGPC-nin inşasına başlamağı planlaşdırır. Kompleksin tam istismara verilməsi 2023-2025-ci illərə planlaşdırılır. Kompleksə qaz, neft emalı və neft-kimya zavodları daxildir.
OGPC tikinti dəyəri kreditlərin faizləri daxil olmaqla $14,4 milyard qiymətləndirilir.









