SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məqsədi Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) 2030-cu ilədək 7,5 milyon ton neft emalını təmin etməkdir. Belə bir sensasion çıxışla SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov iyunun 5-də Bakıda XXI Azərbaycan Beynəlxalq “Caspian Oil & Gas” konfransında bildirib.
Onun sözlərinə görə, SOCAR NEZ-də xüsusi modernizasiya işləri aparmaq niyyətindədir. Nəticədə artıq 2018-ci ildə Heydər Əliyev adına NEZ “Avro-5” ekoloji standartlarına uyğun benzin istehsalını həyata keçirə bilər.
Daha sonra David Məmmədov əlavə edib ki, bundan sonra NEZ ölkənin daxili bazarda yanacağa olan tələbatını stabil ödəmək iqtidarında olar. NEZ illik 3 milyon ton dizel yanacağı və 2,4 milyon ton benzin istehsalına imkan verəcək.
Maraqlı fakt budur ki, SOCAR 2015-ci ildə layihə dəyəri 14 milyard olan Qaradağ rayonunda yeni neft-kimya və neft-emalı kompleksinin tikintisinə başlamağı planlaşdırır. İllik layihə gücü 10 milyon ton olan neft emalı müəssisəsinin 2023-cü ildə istismara verilməsi planlaşdırılırdı.









