SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Darvin bankası” yatağında 2 yeni quyunun qazmasına başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Yataqdakı 740 nömrəli meydançadan qazılan 738 nömrəli quyunun layihə dərinliyi 940 metr, 720 nömrəli meydançadan qazılan 839 nömrəli quyunun layihə dərinliyi isə 1425 metrdir.
Quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.
Quyularda qazma işləri Kompleks Qazma İşləri Tresti “Abşeronneft” NQÇİ-nin sifarişi ilə aparılır.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir.









