Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar tətbiq ediləcək məhdudiyyət.
Bu gün saat 14:00-dan 18:00-dək Qusar rayonunun bir hissəsinə, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 15:00-dək Xətai rayonunun bir hissəsinə, qaz nəqli sistemində siyirtmənin və sipərlərin dəyişdirilməsi ilə əlaqədar saat 17:00-dək Binəqədi, saat 18:00-dək Abşeron rayonlarının bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Sabunçu və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.