2014-cü ilin I rübündə Neft Fondunun mənfəət nefti və qaz satışından mədaxili 2 mlrd 991,2 mln manat və ya $3 mlrd 813,4 mln (faktik məbləğ dollarladır) olub.
ARDNF-dən Turan müxbirinə eksklüziv olaraq bildiriblər ki, gəlirlərin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” (operator ВР) layihəsi üzrədir.
Bu ilin I rübündə Fondun bu layihədən gəlirləri $3 mlrd 687,4 mln olub. Yəni mənfəət nefti və qaz satışından mədaxilin 96,69%-i AÇG-nin payına düşüb. Fondun ümumi gəlirlərində AÇG-nin payı 96% olub.
İkinci donor “Şahdəniz” (operator ВР) layihəsidir. I rübdə bu layihədən Fonda $115,6 mln daxil olub. “Şahdəniz”in Fondun ümumi gəlirlərində payı 3,14%-dir.
Yəni ВР-nin rəhbərlik etdiyi iki layihədən daxil olan vəsaitlər ümumi yığımın 99,83%-dir.
Qeyd edək ki, Neft Fodnu 29 dekabr 1999-cu ildə yaradılıb, ancaq real olaraq fəaliyyətə 2001-ci ilin iyununda başlayıb. 1 aprel üçün aktivləri $36 mlrd 618,4 mln təşkil edib.









