Almaniyada günəş batareyalarından istehsal edilən elektrik enerjisi üzrə rekord yenilənib. Günəş enerjisi sistemi cəmiyyətindən verilən məlumata görə, 2014-cü ilin 9 iyununda milli enerji sisteminə fotoelementlərdən 23.1 GWH enerji daxil olub ki, bu da gündəlik istehlakın 50.6% təşkil edib.
2014-cü ilin iyununda Almaniyada günəş enerjisi üzrə daha bir neçə rekord vurulub. Belə ki, 6 iyunda 13:00 və 14:00 saatları arasında bütün fotoelemntlərdən 24.24 GW enerji alınmışdı. Və bütün həftə ərzində 2-8 iyunda 1.26 TWh enerji alınıb.
Almaniya əvvələr nüvə enerjisi istehsalı üzrə dünya liderlərindən biri idi (140 TWh).
Ancaq 2011-ci ildə Yaponiyadakı Fukusima qəzasından sonra hökümət nüvə stansiyalarının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. 8 stansiyasının fəaliyyəti dərhal dayandırılıb. 2020-ci ilə kimi isə digər stansiyaların fəaliyyəti dayandırılacaq.
Almaniyada bütün digər ölkələrdə quraşdırlan qədər günəş elektrik stansiyaları fəaliyyətdədir. Misal üçün,ABŞ-da günəş batareyalarından yanlız 0.2% elektrik enerjisi alınır.
Almaniyada isə bütün günəş panellərinin 90%-i evlərin damında quraşdırlıb. Onlara fermalarda, kəndlərdə, zavodalrda, inzibati binalarda – xüsusilə özəl sektorda daha tez-tez rast gəlmək olar.
Memarlar binaları elə layihələndirillər ki,evlərin damı cənuba baxsın. Almaniya nümunəsi onu göstərir ki, bərpa olunan enerji mənbələri Almaniya kimi böyük bir ölkənində ehtiyaclarını qarşılaya bilər. Günəş enerjisnin istehsalı mövsümi xarekter daşıyır, ancaq o külək turbinləri ilə yaxşı uyğunlaşır ki, bu da il ərzində sabit enerji verir.
Təəssüf ki, Almaniyada günəş enerji bumunun mənfi təsirləridə var: Avropada əhali üçün ən bahalı enerji dəyəri. Ölkədə 7 milyondan çox ev təsərüfatı gəlirlərinin 10%-dən çoxunu elektrik enerjisnin dəyərinin ödənilməsinə sərf edirlər. Hələki əhali enerjiyə ona görə daha çox vəsait ödəməli olur ki, alternativ enerjiyə çəkilən xərclərin bir qismi bundan ödənilsin.










