Siemens-dən verilən məlumata görə, şirkət “Şahdəniz-2” layihəsi çərçivəsində 10 sualtı boru kəmərinin istilik istemi ilə təchiz etmək sifarişi alıb.
Siemens Eenergy-nin sifarişçisi “Şahdəniz” yatağını idarə edən BP Exploration Limited şirkətidir. Avadanlıqların çatdırılması 2015-ci ilin sonuna planlaşdırılır.
Siemens Energy şirkətinin tədarük edəcəyi istilik avadanlıqları karbohidrogenlərin nəql ediləcəyi 10 sualtı boru kəmərində istifadə ediləcək.
Onlar qaz və kondensatın sabit nəqli üçün çox vacibdir. Qeyd edək ki, karbohidrogen çıxarıldıqdan sonra suya düşəndə boru kəmərlərində aşağı tempertaurda hidratlar əmələ gəlir və nəqletmədə problemlər yaranır. Buna görə də, borular qızdırılmayaməruz qalmalıdır.
Avadanlıqlar Azərbaycana göndərilmədən qabaq sisteminin bütövlüyünü və tam funksionallığını yoxlamaq üçün RealLife rejimində sınaqdan keçriləcək.










