Bazar ertəsi, Aprel 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Saipem/Azfen SCPX kəmərinin genişləndirilməsi layihəsində tikinti işlərini görəcək

26/05/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

pipe-gaz

Bu gün Cənubi Qafqaz Boru Kəməri Şirkəti və Şahdəniz konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (SCPX) layihəsi üçün daha bir əsas müqavilənin imzalandığını elan edib. Bu müqavilə boru kəmərinin tikintisi işləri üzrədir.

Boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisi üçün müqavilə Saipem/Azfen şirkətinə verilib. Bu,  “Saipem Contracting Netherlands BV” və “Azfen BM” şirkətlərinin birgə müəssisəsidir.

Bu müqavilə üzrə görüləcək işlər bunlardır:

Azərbaycan və Gürcüstanda 428 km uzunluğunda boru kəməri (bunun 365 km-i Azərbaycan ərazisində) və əlaqədar yerüstü qurğuların, o cümlədən bağlayıcı siyirtmələrin, ərsinləmə obyektinin və birləşdirici qovşaqların tikintisi.

Gürcüstanda 59 km uzunluğunda daha bir boru kəməri hissəsinin və bununla bağlı yerüstü qurğuların tikintisi (bu kəmər birinci və ikinci nasos-kompressor stansiyaları arasında çəkiləcək – red.).

Bu müqavilənin dəyəri 735 milyon dollar təşkil edir və o, SCPX -nin tikintisi işlərinin başlanmasına doğru mühüm bir addımdır. İşlərin 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin mexaniki tamamlanması  2016-cı ilin sonuna qədər və Azərbaycan hissəsində isə 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

Bundan əvvəl isə ümumilikdə 14 müqavilə elan edilmişdi və bunlar da Şahdəniz Mərhələ 2 layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanmışdır.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti cənab Qordon Birrell deyir: “İndi artıq biz boru kəmərinin genişləndirilməsi və  bununla bağlı yerüstü qurğuların tikintisi üçün Azərbaycanda və Gürcüstanda aparılacaq işlər üzrə müqavilələrin əksəriyyətini imzalamışıq. Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, tikintinin əksər hissəsi Azərbaycanda və Gürcüstanda yerli şəraitdə  həyata keçiriləcəyindən hər iki ölkəyə xeyir gətirəcək. Bu, böyük irəliləyişdir.

Biz məmnunuq ki, həm Şahdəniz Mərhələ 2, həm də CQBKG layihəsi bütün sahələrdə irəliləməkdədir. Tikinti sahələrində dayaq blokları və üst modullar üzrə işlər, habelə terminalın genişləndirilməsi üzrə işlər artıq başlanıb. Dənizdə isə “İstiqlal” və “Heydər Əliyev” adına qazma qurğularından istifadə etməklə qazma işləri uğurla davam edir. 2018-ci ilin sonlarında ilk qazın əldə edilməsinə hazırlıq yönümündə artıq beş hasilat quyusu qazılıb.”

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.