Keçən ilin analoji dövrü ilə müqayisədə 2014-cü ilin birincü rübündə BP-Azərbaycan şirkətinin Sənqaçal terminalından nəql edilən neftin həcmi 4 milyon barel artaraq 75 milyon ton neft təşkil edib.
Caspian Barrel-ə BP-Azərbaycan şirkətindən xəbər veriblər ki,hesabat dövründə Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində 65.2 milyon barel neft,Bakı-Supsa istiqamətində 8.02 milyon barel neft,Bakı-Tbilisi dəmir yolu ilə 1.34 milyon barel neft ixrac edilib. Həmçinin 0.44 milyon barel kondensat əsas ixrac boru kəməri ilə nəql edilib.
Beləliklə, cari ildə Sanqaçal terminalından gündəlik neft ixracı 833 min bareldən çox təşkil edib.










