Xəzər dənizinin Azərbaycan sektorundakı “Bulla-dəniz” yatağı üçün yeni dəniz platforması layihələndirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, platforma şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq. Platforma dənizin 26 metr dərinliyində yerləşdiriləcək.
Platformada 4 quyu qazılacaq. Sutkada 600 ton kondensat və 2 mln. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.
Platforma N.Nərimanov adına NQÇİ balansında olacaq.
*Bulla-dəniz yatağı 1973-cü ildə kəşf edilib,1975-ci ildə isə istismara verilib.









