Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ildə təbii qaz ixracını 2,6 mlrd kub metr səviyyəsində planlaşdırır. Bu haqda Caspian Barrel-ə SOCAR-dakı mənbə məlumat verib.
Xatırladaq ki, 2013-cü ildə SOCAR xarici bazarlarda 2,84 mlrd kub metr həcmində qaz satmışdı.
SOCAR-dakı mənbə bildirib ki, cari ildə qaz ixracının təqribən 8,4% azalması mavi yanacağın Rusiyaya ixrac həcmlərinin aşağı düşməsi ilə əlaqədardır.
Qeyd edək ki, ötən il SOCAR Rusiyaya 1,37 mlrd kub metr qaz satmışdı, cari ildə isə bu həcmlərin 1 mlrd kub metr ərtafında olması gözlənilir.









