SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (Azərbaycan Dövlət Neft Şirkətinin qaz paylayıcı strukturu) 2014-cü ilin yanvar-aprel aylarında 62 çoxmərtəbəli binanı qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
“Beləliklə, həmin çoxmərtəbəli binalarda 6735 mənzilə qaz verilir”, – deyə məlumatda qeyd olunur.
2013-cü ildə “Azəriqaz” İB 149 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb.
“Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.









