Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 6,12 milyard kub metr əmtəəlik qaz hasil edilib. Bu haqda Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilir.
Məlumata əsasən, ölkədə əmtəəlik qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıb.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 17,9 milyard kub metr təşkil etmişdi ki, bu da 2012-ci ilin göstəricisindən 660 milyon kub metr çox idi.








