Praym agentliyi YEK-nin Mərkəzi Nəzarət İdarəsinə istinadən verdiyi məlumata əsasən, 2014-cü ilin birinci rübündə Rusiyanın Çinə neft ixracı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2.4 milyon ton artaraq 7.5 milyon ton təşkil edib.
Transneft vasitəsilə Rusiya neftinin ixracı uzaq xaricə ixracı yanvar-apreldə 5.658 milyon ton azalaraq 66.726 milyon ton təşkil edib.
Bununla belə neft məhsulları boru kəməri sistemi ilə ixrac 629.6 min artaraq 16.951 milyon ton təşkil edib.
Yanvar-apreldə Rusiya ərazisi ilə neftin tranziti 659.9 min ton azalaraq 6.157 milyon ton olub.
Qeyd edək ki,apreldə Xəzəryanı dövlətlər Rusiya vasitəsilə 1 milyon 469.8 min ton təşkil edib. Qazaxıstan Rusiya ərazisi ilə 1.35 milyon ton neft, Azərbaycan – 84.5 min ton, Turkmənistan isə 35.3 min ton neft ixrac edib.








