Avropa Komissiyasının mətbuat katibi Sabine Berqer bildirib ki, Avropa Komissiyası Rusiya ilə Avropa ölkələri üçün qaz qiymtlərinin vahid şəklə salınması ilə bağlı danışıqlar aparmır.
Avropa Birliyinin enerji üzrə komissarı Günter Ettinqer ötən həftə bildirmişdi ki, AB ittifaqın bütün üzvləri üçün qazın bir qiymətə satılmasında maraqlıdır və bunda təkid edir. AB-nin qaz bazarında “Qazpromun” payı 30% təşkil edir.
Avropa Komissiyası hesab edir ki, qaz qiymətləri rəqabət əsasında müəyyənləşməli və neftə bağlı olmamalıdır.
Hazırda Avropa Birliyi bazarına tədarük edilən qazın 50% neft qiymətlərinə bağlıdır.
Ettinqer bildirib ki, yeni müqvilələr bu bağlanma olmadan imzalanır. Hazırda Avropa Komissiyası “Qazprom” tərəfindən Avropa Birliyi qaydalarının pozulması və ədalətsiz qiymətlərin tətbiq edilməsi faktlarını araşdırır.









