Federal Gömrük Xidmətindən verilən məlumata görə, 2014-cü ilin yanvar-martında Qazprom yaxın və uzaq xaricə (Qazaxıstan və Belorusiya istisna olmaqla) 18.05 milyard dolarlıq qaz ixrac edib.
FGX-nin məlumatına görə, Qazpromun ixrac gəliri keçən ilin analiji dövrü ilə müqayisədə ilin 3 ayında 0.4% artıb. Bir il əvvəl şirkət 18.039 milyard dollar məbləğində təbii qaz ixrac etmişdi.
Bununla belə qaz ixracının fiziki həcmi hesabat dövründə 52.2 milyard kub metrdən 54.3 milyard kub metrə qədər artıb. Uzaq xarici ölkələrə 38.5 milyard kub metr qaz, MDB ölkələrinə isə 15.9 milyard kub metr ixrac edilib.








