Xəzər Dialoqu iqtisadi konfransında çıxış edən “LUKoil” şirkətinin direktorlar şurasının sədri Valeri Qrayfer bildirib ki,Xəzərdə neft hasilatı 2021-2024-cü illərdə 200 milyon tona, qaz isə – 270 milyard kub metrə çata bilər.
British Petroloum şirkətinin hesablamalırına görə,Xəzəryanı dövlətlərin təsdiqlənmiş neft ehtiyatları 30 milyard ton və ya dünya ehtiyatlarının 19%, qaz ehtiyatları isə 145 trilyon kub metr və ya dünya ehtiyatlarının 45% təşkil edir.
Əvvələr xəbər verildiyi kimi,”LUKoil” şirkəti 2010-cu ilin aprelində “Korçagin” adına yataqda neft hasilatına başlamış və ilk neft “Caspian Stream” tankerinə oktyabr ayında yüklənmişdi.
“Yuri Korçagin” yatağı “LUKoil” şirkəti tərəfindən 2000-ci ildə açılıb. Yatağın ehtiyatları 3P kateqoriyasına görə 270 milyon barel neft ekvivalentidir.