Şənbə, Aprel 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR yüksək oktanlı benzinlərlə bağlı bəyanat yaydı

09/04/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

socar_logo2Aİ-95 və Aİ-98 markalı avtomobil benzinlərinin Azərbaycanda satış qiymətlərinin sərbəst buraxılmasından sonra bəzi yazılı və elektron kütləvi informasiya vasitələrində və müxalifət funksionerlərinin sosial şəbəkələrdəki səhifələrində bilməyərəkdən və ya bilə-bilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işgüzar nüfuzuna xələl gətirəcək yanlış məlumatlar yayılmaqdadır. 

SOCAR rəsmi surətdə bəyan edir ki, Aİ-98 markalı avtomobil benzini Azərbaycan Respublikasında istehsal olunmadığı üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən tənzimlənməmişdir.

Aİ-95 markalı avtomobil benzininin 2014-cü il aprel ayının 1-dən idxal olunması və qiymətinin sərbəst buraxılması haqqında qərar verilməsinə gəlincə, buna səbəb Azərbaycanda yüksək oktan ədədli yanacaq istehlakının qısa müddət ərzində bir neçə dəfə artması, mövcud istehsal güclərinin isə həmin tələbata adekvat olmamasıdır.

Dövlət Neft Şirkətinin avtomobil benzinləri istehsalı ilə məşğul olan H.Əliyev adına Bakı Neft Emalı zavodunda Aİ-95 markalı benzinin istehsalının dayandırılması da bununla əlaqədardır. Həmin zavodun benzin istehsal edən əsas qurğuları hal-hazırda əsaslı təmirə dayandırılmışdır. Təmirdən sonra zavodda Aİ-95 benzini istehsal edilməyəcəkdir.

benzin_ai95_030414_01SOCAR qətiyyətlə bəyan edir ki, dünyanın heç bir ölkəsində avtomobil benzini istehsal edən heç bir emal müəssisəsinə və yaxud heç bir belə müəssisənin səhmlərinə malik deyildir.

Odur ki, Azərbaycana guya SOCAR-ın xaricdəki müəssisələrindən benzin gətirilməsi haqqında yayılan məlumatlar yalandır, böhtandır və xalqı aldatmaq məqsədi daşıyır.

Aİ-95 Premium və Aİ-98 markalı avtomobil benzinlərinin sərbəst bazar qiymətləri ilə idxal olunması haqqında qərar bu fəaliyyət növü ilə məşğul olan treyderlərə imkan verəcək ki, ölkəyə azad bazar şərtlərinə uyğun şəkildə yüksək keyfiyyətli məhsullar idxal etsinlər və bu sahədə tələbatı sağlam rəqabət şəraitində ödəyə bilsinlər. Təsadüfi deyldir ki, həmin qərar verildikdən sonra Aİ-98 markalı benzinin qiyməti aşağı düşmüşdür.

SOCAR bildirir ki, hazırda dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin inşa olunması məqsədi ilə bütün qüvvələrini səfərbər etmişdir. Həmin Kompleksin tikilib istismara buraxılması ilə Azərbaycanda AVRO-5 standartlarına uyğun yüksək oktan ədədli və keyfiyyətli yanacaq məhsullarına olan tələbat tam şəkildə ödənilə biləcəkdir.

 

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.