Caspian Barrel-ə SOCAR-dan verilən məlumata görə, keçən həftə Bakıya “Şahdəniz-2” layihəsi üçün metalların ilk partiyası gətirilib.
Mənbənin bildirdiyinə görə, ilk partiyanın həcmi 10 min tondur. Metalın əsas hissəsi Yaponiyadan gətirilib, digər hissəsi isə alman mənşəlidir.
Qeyd edək ki,”Şahdəniz-2” layihəsi çərçivəsində bütün borular, konstruksiyalar və platformaların digər modul və hissələri Bakıda inşa ediləcək. Buna görə də metallar Bakıya vərəqə formasında və müxtəlif qalınlıqda gəlir.
Planlaşdırılır ki,”Şahdəniz-2” layihəsi çərçivəsində ilk tikinti işləri cari ilin iyun ayına qədər başlayacaq.