Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP “Cənub dəhlizi” üzrə yeni vitse-prezident təyin edir

03/04/2014
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Shahdeniz-EU

Bu gün BP şirkəti Co Mörfinin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunun Cənub Dəhlizi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunduğunu elan etdi.

Bu yeni vəzifəsində cənab Mörfi Şahdəniz üzrə qazın dəyər zəncirinin (QDZ) inteqrasiyasına və BP-nin bütün Cənub Dəhlizi məsələləri üzrə şirkətxarici işlərinə, o cümlədən Şahdəniz QDZ-nin Yunanıstan, Albaniya, İtaliya hökumətləri və Avropa Komissiyası ilə əlaqələrdə təmsil  olunmasına cavabdeh olacaq. Co BP-nin Bakı ofisində işləyəcək və BP-nin AGT regionu üzrə rəhbər qrupunun  üzvü olacaq.

Bu təyinat AGT regionunun Cənub Dəhlizi üzrə hazırkı vitse-prezidenti Al Kukun BP Qrupu prezidentinin icra aparatının rəhbəri vəzifəsinə təyin olunmasından sonra  verilib.

Hər iki təyinat may ayının əvvəllərində qüvvəyə minəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Mən dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən birinə ilk gündən rəhbərlik edərək göstərdiyi əhəmiyyətli səylərə görə Ala öz minnətdarlığımı bildirmək istəyirəm. O, bu vəzifəni gərgin fəaliyyətlə dolu son beş il ərzində yerinə yetirib və bu fəaliyyətlər layihəni 2013-cü ilin dekabr ayında yekun investisiya qərarına gətirib  çıxardı. Öz bacarıq və qətiyyəti ilə o, çoxsaylı maraqlı tərəfi və çoxistiqamətli xüsusiyyəti olan bu layihəni uğurla inteqrasiya edən və irəli aparan bir komandaya rəhbərlik etmişdir. Mən Ala yeni təyin olunduğu BP Qrupunun baş icraçı direktorunun icra aparatının rəhbəri vəzifəsində uğurlar arzulayıram. Bu yeni vəzifəsində o, birbaşa Bob Dadlinin rəhbərliyi altında işləyəcək.

Həmçinin fürsətdən istifadə edərək mən Conun AGT regionuna təyinatından məmnunluğumu bildirmək istərdim. Co neft və qaz sənayesində geniş beynəlxalq təcrübəyə malikdir. Mən əminəm ki, onun bu təcrübəsi Cənub Dəhlizinin irəliləyişinin uğurla davam etməsi və Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində ilk qazın 2018-ci ilin sonlarında bazarlara çatdırılması səylərinə dəyərli töhfə verəcək.”

Co Mörfi öz yeni təyinatına hazırda işlədiyi əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə icraçı vitse-prezidentin icra aparatının rəhbəri vəzifəsindən keçəcək. Co BP şirkətinə 2000-ci ildə gəlib. O, neft və qaz sənayesi sahəsində təcrübəli menecerdir və Meksika Körfəzi, Vyetnam, Yaxın Şərq, Misir və Şimali Amerika regionlarında  rəhbər vəzifələrdə çalışmışdır.

 

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.