Batumidə SOCAR brendi ilə işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsinin kombinə olunmuş yeni məntəqəsinin açılışı olmuşdur.
Bu, SOCAR-ın Gürcüstanda sayca 110-cu YDM-i, 16-cı qazdoldurma stansiyasıdır. YDM Yaponiyanın dəqiqliyi ilə məşhur olan “Tatsuno” yanacaqpaylama qurğuları, Argentinada istehsal edilmiş son nəsil “Galileo” kompressorları ilə təchiz olunmuşdur.
Bu qurğular yanacağın dəqiq, təhlükəsiz doldurulmasına imkan verir. Yanacaqdoldurma məntəqəsində fasiləsiz market və kafe fəaliyyət göstərir, müştərilər burada Unicard və Energycard kartlarına bonus toplaya bilirlər. Məntəqədə həmçinin təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su ilə təchizatı, salonun təmizlənməsi kimi xidmətlər də təklif olunur.