Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, Ukraynanın keçmiş energetika və kömür sənayesi naziri Eduard Staviçkinin evindən axtarış zamanı 42 kq qızıl tapılıb.
Avakov bildirib ki,”axtarış zamanı 42 kq qızıl, 4.8 milyon dollar, briliyantlar, qiymətli daşlar və 16 qızıl saat aşkar edilib. Bundan əlavə, axtarış zamanı qiymətli metalların nümünələri, daşınmaz əmlak, torpaq, xarici şirkətlərin qeydiyyatı və bank kartları olmaqla bir çox şey tapılıb.
Axtarışı Ukraynanın Baş Prokrorluğu aparıb.
Staviçkinin özü isə dövlət əmlakının mənimsənilməsi, çirkli pulların yuyulması və leqallaşdırılması maddələri ilə cinayət işində ittiham edilir.
Staviçki energetika naziri postunu 2012-ci ilin dekabrından tutmuşdu. 2014-cü ilin 27 fevralında Ukrayna Ali Radası onu vəzifədən uzaqlaşdırmış və bu vəzifəyə Yuri Prodanı təyin etmişdi.