Xarici şirkətlərin Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin II mərhələsinə və Azərbaycan qazının Avropaya tədarükünun təmin edilməsinə marağı böyükdür. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yüksək vəzifəli nümayəndəsi deyib.
Onun sözlərinə görə, birmənalı olaraq bu böyük layihəyə maraq var, lakin bunu həyata keçirmək üçün şirkətlərin müvafiq imkanları olmalıdır: “Bununla da bizimlə münasibətlər uzunmüddətli olmalıdır. Uzunmüddətlilik maliyyələşdirmə sahəsində də təmin olunmalıdır. Çünki layihənin həyata keçirilməsi uzunmüddətlidir və layihədən əldə ediləcək gəlirlər dərhal daxil olmayacaq, mütəmadi olaraq artacaq”.