Uzunmüddətli və dayanıqlı əməkdaşlıq Azərbaycan qazının Avropaya tədarükünün təminatı baxımından vacib aspektdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən “2020-ci il və sonra: iqtisadi inkişafın sürətləndirilməsi” investisiya sammitində deyib.
Onun sözlərinə görə, Xəzər regionundan Avropaya qaz tədarükünü təmin edəcək qaz nəqli infrastrukturunun yaradılması reallığa çevrilib və bu infrastruktur digər ölkələr üçün əlçatan olacaq: “Biz digər ölkələrlə əməkdaşlığa hazırıq və bunun üçün infrastruktur hazır olacaq”.
Sammit zamanı İtaliya-Azərbaycan İnstitutunun (ITAZERCOM) rəhbəri xanım Manuela Traldi bildirib ki, Avropa da Türkmənistanın Xəzər qazının Avropa İttifaqı ölkələrinə tədarükü prosesində iştirakına maraq göstərir.