SOCAR-ın Ukraynandakı nümayəndəliyi bu ölkənin Taras Şevçenko adına Milli Muzeyinə eksklüziv səyyar ekspozisiya hədiyyə eedib.
Muzeyin bərpadan sonra açılışı münasibətilə təqdim olunan ekspozisiya Taras Şevçenkonin həyat və yaradıcılığını əks etdirən 12 bannerdən ibarət asan daşına bilən konstruksiya şəklindədir. Burada Milli Muzeyin 150 il ərzində toplanmış unikal kolleksiyasının qiymətli materiallarından istifadə olunmuşdur. Səyyar ekspozisiya Milli Muzeydə nümayiş olunduqdan sonra ali məktəblərdə, dövlət müəssiəslərində, Ukraynanın digər şəhərlərindəki muzey və mədəniyyət mərkəzlərində, başqa ölkələrdə də sərgilənəcəkdir.
Taras Şevçenkonun 200 illik yubilieyi münasibətilə keçirilən açılış mərasimində Ukrayna Mədəniyyət Nazirliyinin və digər dövlət strukturlarının yüksək rütbəli nümayəndələri, səfirlər və diplomatlar, mesenatlar, ziyalılar iştirak etmişlər. Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da iştirakçılar arasında olublar.