Avrobondların növbəti, sayca üçüncü buraxılışı Dövlət Neft Şirkətinin (SOCAR) hazırda gündəliyində deyil. Bu haqda SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımıv bu gün jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, hazırda avrobondların buraxılışı SOCAR üçün aktual məsələlər sırasında deyil və əlavə edib ki, SOCAR planlaşdırır ki, gələcəkdə uzunmüddətli – 30 illik avrobondlar buraxsın. “Biz hazırda bazarın təkliflərini öyrənirik”, – deyə o bildirib.
Qeyd edək ki, SOCAR 2012-ci ilin fevralında və 2013-cü ilin martında müvafiq olaraq 2 buraxılış -$500 mln və $1 mlrd olmaqla avrobondlar buraxmışdı.