BP-Azərbaycan şirkətindən verilən məlumata görə,”İstiqlal” üzən qazma qurğusu müqavilə sahəsinin şimal hissəsində qazma işlərini başa çatdırıb. Bu o deməkdir ki, 5 istismar quyusu artıq qazılıb başa çatdırılıb.
Məlumatda həmçinin bildirlir ki,”Heydər Əliyev adına qazma qurğusunun proqram təminatı və sertifikasiyası yenilənib və qurğu müqavilə sahəsinin qərbində qazma fəaliyyəti üçün qayıdıb”.
Hər iki qazma qurğusu Şahdəniz-2 layihəsi çərçivəsində 16 milyard kub metr qaz hasil etmək üçün işləyir.