Dünən Moskva vaxtı ilə saat 11-də “Mavi axın” boru xətti ilə Türkiyəyə Rusiyadan 100 milyard kub metr həcmində qazın nəql edilməsi qeydə alınıb.
Qeyd edək ki, “Mavi axın” boru xəttinin uzunluğu 1213 kilometrdir. 2002-ci ilin dekabrında “Qazprom” şirkəti onu istifadəyə verməklə Qara dənizin dibi ilə birbaşa Türkiyə bazarına transit ölkələr olmadan şıxış əldə etdi. “Mavi axın” boru xəttinin illik buraxiciliq gücü 16 milyard kub metrdir.
2012-ci ildə bu kəmərlə Türkiyəyə Rusiya 14,7 milyard kub metr qaz ixrac etmişdi (ümumilikdə Rusiyaya isə 27 milyard kubmetr), 2013-də isə qaz ixracı “Mavi axın”la 7% azalaraq 13,7 milyard təşkil edib (ümumilikdə Rusiyaya isə 26,7 milyard kubmetr).
Qeyd edək ki, Türkiyə Rusiyanın qaz ixracı ölkələri sırasında Almaniyadan sonra ikinci yerdə durur.