Cümə axşamı, Dekabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Londonda “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” mövzusunda tədbir

11/03/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

london

Martın 6-da Londonda, Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” mövzusunda tədbir keçirilmişdir.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iki ölkə arasında mövcud tarixi əməkdaşlığın qarşıdakı perspektivlərinə həsr olunmuş tədbirdə Böyük Britaniyanın Energetika və iqlim dəyişkiliyi Dövlət Katibinin parlament müavini Baronessa Sandip Verma, Dövlət naziri David Lidinqton, Baş nazirin Azərbaycan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri, Parlamentin Nümayəndələr Palatasının vitse-spikeri Eleanor Lainq, Lordlar Palatasının üzvləri, Parlamentin enerji məsələləri üzrə komissiyasının təmsilçiləri, BP şirkətinin Baş İcraçı Direktoru Robert Dadli, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birrell, səfir və diplomatlar, Azərbaycan nümayəndə heyətinə daxil olan rəsmi şəxslər iştirak etmişlər.

Mərasimi lord Riçard Rizbi açaraq azərbaycanlı qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışmış, Böyük Britaniya-Azərbaycan iqtisadi əlaqələri, enerji əməkdalığı haqqında məlumat vermişdir.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20-ci əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün də Avropaya inteqrasiya yolunda inamla irəlilədiyini bildirmiş, qeyd etmişdir ki, yüz il əvvəl olduğu kimi, yenə də Britaniya şirkətləri Azərbaycan neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır. O, çıxışını BP və SOCAR arasında 20 illik əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində söylədiyi fikirlə davam etdirmişdir: “İmzalanan sazişlər bu əməkdaşlığın 40 il və hətta ondan da uzun müddət davam edəcəyinə imkan verəcəkdir”.

SOCAR prezidenti Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın elm, mədəniyyət, təhsil sahələrinə nüfuz edərək daha da genişləndiyini vurğulamışdır.

Müzakirələrdə çıxış edən Lordlar Palatası üzvləri və digər iştirakçılar Azərbaycan və Böyük Britaniya arasında enerji əməkdaşlığının bundan sonra da davam edib dərinləşməsi üçün böyük perspektivlərin mövcud olduğunu ifadə etmişlər.

 

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.