2014-cü ilin yanvar-fevralında SOCAR 3 ixrac marşrutu üzrə: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri ilə 3.727 milyon ton neft ixrac edib.
SOCAR-ın məlumatına əsasən 2 ayda Bakı-Novorossiysk kəməri ilə 169.649 min ton neft ixrac edilib. Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə isə 2.992 milyon ton, Bakı-Supsa ilə isə 565.129 min ton neft dünya bazarlarına çıxarılıb. Hər iki marşrut üzrə “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən Azer Light markalı neft ixrac edilib.